“Bakı Çörəyi”nin içindən şüşə qırıntısı çıxıb.
“Şüşə qırıntısı çörəyin üstünə yapışmışdı. Qırıntının yarısı da çörəyin içində idi. Aldğımız kimi təəssüf ki, atmalı olduq. Şüşə qırıntısı çörəyin üstündə yox, içində görünməz halda olsaydı və onu uşaqlar yesəydi nələr olardı, bir düşünün. Bu qədər məsuliyyətsizlik, diqqətsizlik olmaz axı”.
Müştərinin paylaşdığı şüşəli “Bakı Çörəyi”nin fotosunu təqdim edirik.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz alındı. Telefon zənglərimizə cavab verən olmadı.
Xatırladaq ki, bu “Bakı Çörəyi” ilə bağlı ilk belə hal deyil. Bir necə il bundan öncə “Bakı Çörəyi”nin içindən un kisəsinin etiketi də çıxmışdı.
