AZ

Marko Verratti "Boka Xuniors"un hədəfindədir

Argentina nəhəngi "Boka Xuniors" dünya futbolunun tanınmış simalarından olan Marko Verrattini heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, hazırda Qətərin "Əl-Duhail" klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi Argentina təmsilçisinin transfer siyahısına daxil edilib.

Məlumata görə, "Boka Xuniors" təcrübəli italyan futbolçunun keçid imkanlarını ciddi şəkildə araşdırır.

Uzun illər PSJ-də səviyyəli oyun nümayiş etdirən Verrattinin bu potensial transferi Cənubi Amerika futbolunda böyük maraqla qarşılanır.

Seçilən
16
1
fanat.az

2Mənbələr