AZ

İspaniya Baş naziri dünya siyasi vəziyyəti və ABŞ-ın Venesuelaya müdaxiləsini dəyərləndirdi

İspaniya Baş naziri Pedro Sançes dünyanın getdikcə daha qalmaqallı və nizamsız bir mühitə çevrildiyini bildirib və beynəlxalq hüququn pozulmasına görə narahatlığını ifadə edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Sançes bu fikirlərini İspaniyanın Xarici İşlər Nazirliyinin təşkil etdiyi səfirlər konfransında dilə gətirib.

“Biz bu ilə Venesuelaya qarşı beynəlxalq hüququ açıq-aşkar pozan bir müdaxilə ilə başladıq və bu, Latın Amerikası və Karib hövzəsində — İspaniya üçün böyük əhəmiyyət kəsb edən bir bölgədə qeyri-müəyyənlik üfüqünü açdı”, -Sançes vurğulayıb.

Baş nazir əlavə edib ki, Madrid ABŞ-ın hərbi əməliyyatını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir və bu cür müdaxilələrin dünyada qeyri-sabitlik yaratdığını düşünür. O qeyd edib ki, İspaniya belə addımları bir “təhlükəli presedent” hesab edir.

Sançes həmçinin ölkəsinin Venesuela xalqının hüquqları, suverenliyi və demokratik gələcək seçimi üçün lazım olan bütün tədbirləri görməyə davam edəcəyini bildirib. 

Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ Silahlı Qüvvələri Venesuelaya hərbi müdaxilə edərək paytaxt Karakasda və digər strateji nöqtələrdə əməliyyatlar keçirib. Əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı ələ keçirilib. Bu hərəkət həm regionda, həm də qlobal səviyyədə kəskin reaksiyalara səbəb olub və bir çox dövlətlər ABŞ-ın bu addımını beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər.

// Gülnarə Abasova, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr