Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyədə "Ciciş kardeşler"dən biri, model Ceyda Ersoy saxlanılıb.
Axşam.az xəbər verir ki, İstanbulda aparılan genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində Ceyda Ersoy da daxil olmaqla bir qrup şəxs barəsində istintaq aparılıb. Məlumata görə, o, narkotik maddələrlə bağlı ittihamlar əsasında məhkəmə qərarı ilə həbs edilib.
Əməliyyat zamanı 26 nəfər saxlanılıb və onlardan 19 nəfər barəsində həbs-qətimkan tədbiri qərarı verilib.
Onlar arasında fenomen Burak Altındağ da olub.
Bildirilib ki, Ersoyun evində aparılan axtarış zamanı narkotik vasitələr aşkar edilib. Hadisə ilə bağlı araşdırma davam edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.