AZ

Nurullayevlərin toyunda oxuyan Canan: “İki övladım var, özüm subayam” – Foto,Video

Deputat Razi Nurullayevin qardaşının öz oğluna Dubayda toy etməsi və orada iştirak edən müğənni Canana 15 min manat qonarar ödəməsi müzakirə mövzusuna çevrilib.

Tribuna.az xəbər verir ki, 15 min manat qonarar alan müğənni Cananın kim olduğu hamı üçün maraqlıdır. Çünki dəbdəbəli bir toyda iştirak edən və bir gecəyə 15 min qonarar alan müğənni ölkədə bir o qədər də məşhur deyil. Sosial şəbəkələrdə yazılan şərhlərdən aydın olur ki, hətta çoxları belə bir müğənninin olduğunu bilmir.
Tez-tez televiziya kanallarının səhər verilişlərinə qonaq olan müğənni Canan efirdə şəxsi həyatı barədə danışdıqları ilə daha çox məşhurlaşıb.
O verilişlərin birində iki böyük övladının olduğunu, özünün isə hələ subay olduğunu bildirib. Canan bildirib ki, bir qızı, bir oğlu var və onlar artıq tələbədir.
Canan İnstaqram sosial şəbəkəsində xeyli aktivdir. Ancaq o hələlik Dubayda iştirak etdiyi toydan şəkillər paylaşmayıb.
Müğənni Cananın fotolarını təqdim edirik:


 



Seçilən
69
yenilik.az

1Mənbələr