AZ

Beş yaşlı uşağın qeyri-adi riyazi bacarıqları üzə çıxıb

Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunun Uğurbəyli kəndində yaşayan 5 yaşlı Fərid Səmədzadə qeyri-adi riyazi bacarıqları ilə hamının təəccübünə səbəb olub. O, yaşına uyğun olmayan səviyyədə mürəkkəb riyazi əməliyyatları hesablayıcıdan istifadə etmədən həll edir.

Hafta.az xəbər verir ki, Fəridin atası Rəhman Səmədzadə AZƏRTACA-a bildirib ki, onun bu istedadını 4 yaşında ikən biliblər:

”Yaşıdları oyuncaqla oynadığı halda Fəridin oyuncağı kalkulyator olub. 4 yaşından vurma, bölmə, toplama, çıxma, mənfi ədədləri, kvadratı özü öyrənib. Fəridin bu istedadını biləndən sonra ona istiqamət verib, bəzi şeyləri öyrətmişik. Hazırda 5 yaşı var. Əlavə olaraq qüvvətləri, kubu, ƏKOB-u, ƏBOB-u, tənlikləri, faizi, kəsri, qalıqlı bölməni, loqarifm məsələlərini sərbəst həll edir. Riyazi əməlləri 6-7-ci sinif, elə məsələlər də var ki, 8-11-ci sinif səviyyəsində bilir. Gününü rəqəmlərlə, yazmaqla, hesablamaqla keçirir”.

Valideynləri hazırda məktəbəhazırlıq qrupuna gedən Fəridin riyaziyyat təmayüllü məktəbdə təhsil almasını istəyirlər.

Seçilən
69
hafta.az

1Mənbələr