"Mən uzun müddət Diaspora Mərkəzinin sədri olmuşam, Diaspora jurnalının yeni təsisçisi və baş redaktoru olmuşam. Rusiyada və digər ölkələrdə bizim xalqımızın, millətimizin nümayəndələri yaşayır, böyüyür və təhsil alırlar, lakin öz dillərində danışa bilmirlər. Ana dili çox ciddi məsələdir. Ona görə də işləməliyik ki, dünya azərbaycanlıları da öz dillərini unutmamalıdır".
Bunu Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, eyni zamanda, başqa dilləri də yüksək səviyyədə bilməliyik və yaşadığımız ölkələrdə cəmiyyətdə öz yerimizi tutmalıyıq. Amma hər bir azərbaycanlı, xüsusilə dünyaya gələn övladlarımız, ana dilini yüksək səviyyədə bilməlidir:
"Bu, bizim tarixi vəzifəmiz və borcumuzdur. Üzərimizə düşən məsuliyyətli vəzifəni yerinə yetirərək, dilin qorunmasında maksimum töhfəmizi verməliyik".