AZ

“Bavariya” qapıçısını icarəyə verdi

Almaniyanın “Bavariya” klubu qapıçısı Daniyel Perets karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, israilli oyunçu İngiltərənin “Sauthempton” klubuna keçib.

25 yaşlı qolkiper mövsümün sonuna qədər icarə əsasında “Sauthempton”un formasını geyinəcək.

Perets mövsümün ilk yarısını icarə əsasında “Hamburq”da keçirib və indi karyerasını İngiltərədə davam etdirərək əlavə təcrübə qazanacaq.

Daniyel Perets 2023-cü ilin yayında “Makkabi” (Təl-Əviv) klubundan “Bavariya”ya transfer olunub. O, bu müddət ərzində Münhen təmsilçisinin heyətində 7 oyunda meydana çıxıb və ötən mövsüm komanda ilə Bundesliqa çempionu olub. Perets eyni zamanda İsrail milli komandasında mövqeyini möhkəmləndirib və yığmanın heyətində 10 matçda iştirak edib.

Seçilən
82
90deqiqe.az

1Mənbələr