AZ

Cənubi Koreya hərbi əks-kəşfiyyat komandasını buraxır

Cənubi Koreya hərbi əks-kəşfiyyat komandasını buraxır

Cənubi Koreya hökuməti 2024-cü ilin dekabrında baş verən hərbi vəziyyətlə bağlı hərbi əks-kəşfiyyat komandasını ləğv etməyi və onun yerinə yeni idarəetmə qurumunu yaratmağı planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində aparılan yoxlamanın nəticələrini təqdim edən xüsusi komissiyanın sədri Xon Hyon İk məlumat verib.

O bildirib ki, komissiya komandaya hərbi əks-kəşfiyyatın ləğvini, funksiyalarının ya digər qurumlara verilməsini, ya da tamamilə dayandırılmasını tövsiyə edib. Funksiyalara təhlükəsizlik araşdırmaları, əks-kəşfiyyat və təhlükəsizlik yoxlamaları daxildir.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Prezident Yun Sok Yol Konstitusiyanı pozaraq hərbi vəziyyət elan edib. Daha sonra o, dövlət çevrilişi təşkil etməkdə ittiham olunub, hərbi əks-kəşfiyyat komandasının rəhbəri Yo İn Hyon isə əsas iştirakçı kimi məsuliyyətə cəlb edilib.

Seçilən
43
afn.az

1Mənbələr