ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Bütün ermənilərin katolikosu II Qaregin getməyə məcbur olacaq”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
“Deyirsiniz ki, Ktriç Nersisyanın (II Qaregin) getmək niyyəti yoxdur. Biz onu fikrini dəyişməyə məcbur edəcəyik. Heç kimin heç vaxt getmək niyyəti olmur. Serj Sarkisyanın (keçmiş prezident) da getmək niyyəti yox idi, amma getməli idi. Eyni hal Ktriç Nersisyan üçün də keçərlidir: getməyə məcbur olacaq", - Baş nazir bildirib.
Paşinyan qeyd etdi ki, bu proses heç bir qarışıqlıq olmadan, xristian təvazökarlığı ilə həyata keçiriləcək.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.