AZ

Qazaxıstandan Azərbaycana daşınan taxılın həcmi əhəmiyyətli dərəcədə artıb

Bakı. Trend:

2025-ci ildə “Qazaxıstan Temir Jolu” Səhmdar Cəmiyyətinin (KTJ)dəmir yolu şəbəkəsi ilə Azərbaycana daşınan taxılın həcmi 2024-cüillə müqayisədə 3 dəfə artıb.

Bu barədə TrendKTJ-yə istinadən xəbər verir.

Şirkətdən bildirilib ki, İrana daşımalar 69 faiz, Əfqanıstanaisə 63 faiz artıb. Baltikyanı ölkələrə daşımalar 6 dəfə artaraq 800min tondan çox təşkil edib. Eyni zamanda, Qara dəniz və Baltikdənizi limanlarına daşımalar müvafiq olaraq 49 və 67 faizartıb.

Bundan əlavə, Qazaxıstan daxilində daxili daşımalar 26 faizartaraq 3,3 milyon tonu ötüb. Artım Mərkəzi Asiya ölkələriistiqamətində də qeydə alınıb: Qırğızıstana daşımalar 2 dəfə,Tacikistana 12 faiz artaraq 1,4 milyon tona, Özbəkistana isə 32faiz artaraq 4,5 milyon tona çatıb.

Ümumilikdə, 2025-ci ilin yekunlarına görə, KTJ şəbəkəsi üzrətaxıl daşımalarının həcmi 14,3 milyon tonu ötüb ki, bu da 2024-cüilin analoji dövrü ilə müqayisədə 31 faiz çoxdur. İxracın həcmi isə11 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 33 faizartım deməkdir. Şirkətdə qeyd olunub ki, bu göstəricilər son 10ildə ilk dəfə qeydə alınıb.

Məqalədə:
Seçilən
85
az.trend.az

1Mənbələr