
“Ermənistan və Azərbaycan potensial ticarət üçün mal siyahılarını mübadilə edir və öyrənir”.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı məlumat verib.
"Hazırda proseslər gedir, Ermənistanla Azərbaycan satmaqda və ya almaqda maraqlı ola biləcəkləri potensial mal siyahılarını mübadilə edirlər", - deyə siyasətçi vurğulayıb.
Paşinyan həmçinin Azərbaycandan yeni benzin partiyasının idxalına toxunaraq qeyd edib ki, ilk partiyanı idxal edərkən bəzi erməni şirkətləri Bakıdan gətirilən benzini satmaqdan imtina edib.
“Bu bazar və fürsət hər kəs üçün açıqdır və istəyən hər kəs bundan yararlana bilər”, - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az