
“Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində həll olunmamış məsələlər mövcuddur”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.
“Ermənistan-Azərbaycan münasibətlərində bir çox məsələlər qalır və bunlar sülh prosesinin məntiqi çərçivəsində həll edilməlidir. Bizim prioritetimiz dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanmasıdır. Bütün digər məsələlər məhz bu kontekstdə və müvafiq ardıcıllıqla nəzərdən keçirilir”, - deyə siyasətçi bildirib.
Paşinyan qeyd edib ki, onların həlli qaydası sülh sazişi layihəsində təsbit olunub və imzalandıqdan, təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Daşqın HəsənovMissiya.Az