
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı məsələsində mövqeyi dəyişməz olaraq qalır”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın brifinq zamanı deyib.
"KTMT ilə bağlı əlavə edəcək bir sözüm yoxdur. Əvvəllər dediklərimin hamısı qüvvədə qalır", - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Ermənistan son vaxtlar KTMT-nin keçirilən tədbirlərində iştirak etmir.
Daşqın HəsənovMissiya.Az