AZ

Qurban Qurbanovun mətbuat nümayəndələri ilə görüşünün vaxtı dəyişdi

"Qarabağ"ın yanvarın 9-da media nümayəndələri üçün təşkil olunacaq açıq məşqinin və mətbuat konfransının vaxtında dəyişiklik edilib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Saat 11:15-də “Azersun Arena”nın media otağında komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Ardınca, saat 11:45-də “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" qış hazırlığına 3 yanvar tarixində start verib və 10 yanvaradək Bakıda məşqlərini davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

Seçilən
12
2
fanat.az

10Mənbələr