AZ

Trampdan Maduro açıqlaması: Qorxurdum

BAKI, 8 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması üçün Karakasda keçirilən əməliyyat zamanı bunun “Cimmi Karter fəlakəti” ilə nəticələnəcəyindən qorxduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, “The New York Times” qəzetinə müsahibəsində deyib.

Donald Tramp qeyd edib ki, sözügedən addım ABŞ-nin 39-cu prezidenti Karterin bütün administrasiyasını dağıtmışdı.

1980-ci il aprelin 24-də ABŞ-nin Tehrandakı səfirliyinin 52 əməkdaşının azad edilməsi əməliyyatı uğursuzluqla nəticələnmişdi. Məsələ yalnız 1981-ci ilin əvvəllərində aparılan danışıqlar nəticəsində həll edilmişdi.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr