Bakı. Trend:
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimiçərçivəsində energetika naziri Pərviz Şahbazovla SəudiyyəƏrəbistanı Krallığının energetika nazirinin müavini NasserƏl-Qahtani arasında görüş keçirilib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında güclü dostluq vətərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power”şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” KüləkElektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimidəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrləgenişlənəcəyi qeyd edilib.
Söhbət zamanı Səudiyyə Ərəbistanı ilə “OPEC+” formatında,həmçinin karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi vətənzimləməsi istiqamətlərində əməkdaşlığa dair fikir mübadiləsiaparılıb. Enerji sahəsində regional bağlantılar, Mərkəzi Asiya,Avropa və Yaxın Şərq arasında enerji interkonnektivliyinartırılması ilə bağlı planlar çərçivəsində əməkdaşlıq imkanlarıdəyərləndirilib.