AZ

2025-ci ildə ilk dəfə olaraq bütün bələdiyyələrin internetə çıxışı təmin edilib

Bakı. Trend:

Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə orqanlarınınfəaliyyətində səmərəliliyin və hesabatlılığın artırılması,bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində daha fəaliştirakının təşviqi, habelə bu sahədə ictimaiyyətin ətraflıməlumatlandırılması məqsədilə ardıcıl tədbirlər həyatakeçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu çərçivədəbələdiyyələrin müasir informasiya-kommunikasiya texnologiyalarındanistifadəsinin genişləndirilməsi, əhalinin yerli özünüidarəetməorqanlarının fəaliyyəti barədə məlumatlılıq səviyyəsininyüksəldilməsi, eləcə də şəffaflıq və hesabatlılığın gücləndirilməsiistiqamətində mütəmadi metodiki iş aparılır.

Bildirilib ki, eyni zamanda, bələdiyyələr üçün seminarlar təşkilolunur, eləcə də praktik tövsiyələr hazırlanaraq onlaragöndərilir.

“Görülmüş tədbirlər nəticəsində 2025-ci ildə ilk dəfə olaraqrespublika üzrə bütün bələdiyyələrin internetə çıxışı təmin edilib.Bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyəaktlarının inzibati nəzarəti həyata keçirən orqana “bələdiyyələrləiş informasiya sistemi” vasitəsilə elektron qaydada təqdim edilməsiimkanı yaradılıb”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, bununla yanaşı, sosial medianın informasiyayaəlçatanlığı təmin edən əsas vasitələrdən biri olması nəzərəalınaraq, bələdiyyə fəaliyyəti barədə ictimaiyyətin operativməlumatlandırılması məqsədilə onların internet səhifələrininyaradılması təşviq edilir. Yerli özünüidarəetmə üzrə ƏlaqələndirməŞuraları ilə yanaşı, bələdiyyələrin sosial şəbəkə hesablarında damütəmadi olaraq məlumatların paylaşılması təmin olunur.

Seçilən
91
3
az.trend.az

4Mənbələr