Bakı. Trend:
Bütün Ermənilərin katalikosu istefa verməyə məcbur olacaq.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri NikolPaşinyan brifinqdə deyib.
“Deyirsiniz ki, Ktrıç Nersisyan (katalikos II Qareginin həqiqiadı) getmək niyyətində deyil. Biz elə edəcəyik ki, o, niyyətinidəyişsin. Heç kimin heç vaxt getmək niyəti olmur. Serj Sarkisyanında getmək niyyəti yox idi, amma getməyə məcbur oldu. Eyni hal KtrıçNersisyanla da olacaq: o, getməyə məcbur ediləcək”, – Paşinyanvurğulayıb.
Paşinyan qeyd edib ki, bu proses heç bir sarsıntı olmadan,“xristian təvazökarlığı” əsasında həyata keçiriləcək.
Qeyd edək ki, 8 dekabr 2025-ci ildə Paşinyan ErmənistanınApostol Kilsəsində islahatlarla bağlı planı ictimaiyyətə təqdimedib. Plan Paşinyan və 10 yepiskop tərəfindən imzalanıb.