AZ

Yeni nəsil NKA lar vasitəsilə dövriyyə 28 milyard manatdan çox olub

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ildə Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 28 milyard 162 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 3.6 milyard manat, yaxud 14.8 faiz çoxdur.

BAKU.WS Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 110 518 ədəd belə yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaratdığı bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
baku.ws

1Mənbələr