AZ

Paşinyan bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edib

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bütün ermənilərin katolikosu II Qaregin istefa verməli olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti elə addımlar atmağı planlaşdırır ki, katolikosun özü istefa vermək istəsin.

"Ermənistanın sabiq prezidenti Serj Sarqsyan da vəzifədən getmək istəmirdi, amma getməli oldu",-deyə Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, II Qareginin istefası prosesi sarsıntısız, xristian təvazökarlığı ilə həyata keçiriləcək.

Noyabrın sonunda Paşinyan ailəsinə məxsus olan "Erməni vaxtı" qəzeti II Qareginin istefasına çağırışlarla bəyanat dərc edib. Müraciətdə patriarxın seçkilərinin ədalətli olmadığı, hazırda kilsədə "sağlam olmayan mühitin" və böhranın formalaşdığı iddia olunurdu.

Hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında yaranmış qarşıdurma keşişlərin saxlanılması və həbsi ilə müşayiət olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
baku.ws

1Mənbələr