AZ

Meteoroloqdan xəbərdarlıq: Yanvarın ortalarında şaxtalı və qarlı hava gözlənilir

ain.az, Sherg.az saytına istinadən bildirir.

“Paytaxtda duman, isti və soyuq havanın toqquşması nəticəsində yaranır”

Paytaxtda müşahidə olunan dumanlı hava anti-tsiklonal hava və cənub-şərqdən isti və rütubətli havanın daxil olmasıyla bağlıdır. Bizdə hava soyuqdur, daxil olan hava isə isti və rütubətlidir, nəticədə həmin isti və rütubətli hava soyuq hava ilə kondensasiya olunaraq duman yaradır.

Bu sözləri “Sherg.az”a açıqlamasında meteoroloq, Lənkəran Dövlət Universitetinin Coğrafiya və ekologiya kafedrasının baş müəllimi Cavidan Əliyev deyib. Mütəxəssis qeyd edib ki, bu, buludun yaranması prosesini tam əksidir: 

- Necə ki buludun yaranmasında isti hava yuxarı qalxıb soyuyur və bulud yaranır, bunun əksi yer səthində baş verdikdə duman yaranır. Hazırda bizdə yer səthi daha soyuqdur, gələn hava isə isti və rütubətlidir. Nəticədə hava dumanlıdır.

C.Məmmədov qarşıdakı günlərdə havaların daha da soyuyacağı, şaxtalı havanın hökm sürəcəyi, yağıntıların olacağı proqnozunu verdi: 

- Şimaldan soyuq və çox şaxtalı Skandinaviya tsiklonun formalaşma ehtimalını nəzərə alsaq, yanvarın ayın ortalarına yaxın ölkə ərazisində soyuq, şaxtalıı, qarlı hava olacağı riski çox yüksəkdir. Bunu 1-2 günə daha dəqiq biləcəyik. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
sherg.az

1Mənbələr