Bakı. Trend:
Ölkəmiz "Tək dövlət, Tək ordu" prinsipi çərçivəsində Suriyanınbirliyi və ərazi bütövlüyü əsasında terror təşkilatları iləmübarizəsini dəstəkləyir. Bu çərçivədə Suriya yardım istədiyi haldaTürkiyə lazımi dəstəyi göstərəcək.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli MüdafiəNazirliyinin (MSB) yaydığı açıqlamada bildirilib.
Nazirliyin açıqlamasında Suriya ordusunun Hələbdə başlatdığıterrorla mübarizə əməliyyatı ilə bağlı aşağıdakı fikirlərə yerverilib:
“Terror təşkilatının mülki əhalini və təhlükəsizlik qüvvələrinihədəf alması nəticəsində 4 nəfərin həlak olması, 18 nəfərinyaralanmasından sonra Suriya hökuməti ictimai asayişi vəvətəndaşlarının can təhlükəsizliyini təmin etmək məqsədilə Hələbdəterrorla mübarizə əməliyyatı başladıb. Bu əməliyyat tamamilə SuriyaOrdusu tərəfindən həyata keçirilir. Suriyanın təhlükəsizliyi bizimtəhlükəsizliyimizdir. Türkiyə Suriyada baş verən hadisələriyaxından izləyir".
Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) Hələbdə mülkiyaşayış məntəqələrinə və Suriya ordusunun mövqelərinə etdiyihücumlardan sonra toqquşmalar başlayıb.