525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Son illərdə şəhər və kəndlərdə yeni məktəblərin inşası, mövcud təhsil ocaqlarının yenidən qurulması bu siyasətin real nəticələridir. Eyni zamanda ucqar bölgələrdə təhsilin əlçatanlığını artırmaq üçün məktəb nəqliyyatının təşkili, müəllimlərin sosial stimullaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi gələcək mərhələdə prioritet istiqamətlərdən olacaq”.
Bunu 525.az-a millət vəkili millət vəkili Fatma Yıldırım söləyib. O bildirib ki, bu tədbirlər sosial ədalətin təmininə və ölkənin insan kapitalının daha da güclənməsinə xidmət edir:
“Dövlətin təhsil sahəsinə göstərdiyi qayğı sağlam düşüncəli, savadlı və məsuliyyətli vətəndaşların yetişməsinə yönəlib. Belə bir yanaşma güclü dövlətçilik ənənələrinin qorunmasına, cəmiyyətin sabitliyinə və ümumi inkişafın təmin olunmasına əsas yaradır. Bu sahəyə verilən önəm Azərbaycanın gələcəyinə olan inamın ifadəsidir”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.