AZ

Fransalı futbolçu “Fənərbağça” ilə müqavilə imzalamaq üçün İstanbula gəlir

Bakı, 8 yanvar, AZƏRTAC

Türkiyənin "Fənərbağça" klubunun “Latsio”dan (İtaliya) heyətinə qatdığı Matteo Genduzi İstanbula gəlir.

AZƏRTAC xəbər verir ki, klub fransalı oyunçunun təyyarədəki fotosunu paylaşıb.

Türkiyə nəhəngi İtaliya klubuna 28 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Matteo Genduzi karyerası ərzində ölkəsinin PSJ, "Loryan" və "Marsel" klublarında, eləcə də İngiltərənin "Arsenal" və Almaniyanın "Herta" komandalarında çıxış edib. Futbolçu Fransa yığmasında 14 oyun keçirib və 2 qol vurub.

Seçilən
61
1
azertag.az

2Mənbələr