AZ

Azərbaycandan Ermənistana benzin idxalına dair razılaşmanın təfərrüatlarını açıqladı

BAKI, 8 yanvar. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycandan benzin idxalına dair razılaşmanın təfərrüatlarını açıqlayıb .

“Baş nazir müavinlərinin görüşü zamanı Azərbaycan baş nazirinin müavini (Şahin Mustafayev) Azərbaycanın neft məhsullarının satışına hazır olduğunu bildirdi. Ermənistan hökuməti də bazarı araşdıraraq, razılaşdı, bundan sonra iki tərəfin şirkətləri əlaqə saxladı”, - o deyib.

Baş nazirin sözlərinə görə, benzin alındıqdan sonra Ermənistanda boykot halları olub: “Bəzi şəbəkələr həmin benzini satmaqdan imtina etdi, bu isə o deməkdir ki, ilkin narahatlığımız və ehtiyatımız doğru idi. Amma indi hər kəs üçün aydın olacaq ki, bazar və imkan hamı üçün açıqdır, istəyən bundan faydalana bilər”.

Seçilən
61
3
teleqraf.com

4Mənbələr