AZ

"Fənərbaxça" Genduzinin transferini açıqladı

style='margin-bottom:10px;'>

"Fənərbaxça" "Latsio"nun futbolçusu Matteo Genduzinin transferi ilə bağlı rəsmi açıqlama yayıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü artıq İstanbula yollanıb.

Tanınmış insayder Fabritsio Romanoun məlumatına görə, bu transfer üçün "Fənərbaxça" Roma təmsilçisinə 29 milyon avro ödəyəcək. 

26 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqust ayından “Latsio”nun formasını geyinirdi.  O, bu mövsüm "Latsio"da 16 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.

Seçilən
53
1
teleqraf.com

3Mənbələr