AZ

ABŞ 66 beynəlxalq təşkilatdan çıxır

ABŞ prezidenti Donald Tramp ABŞ-ın 66 beynəlxalq təşkilatda üzvlüyünə xitam verilməsi barədə memorandum imzalayıb. Oxuməni.az xəbər verir ki, bu məlumat çərşənbə günü Ağ Evin X mikrobloqunda yayılıb.

Dəqiqləşdirilir ki, ABŞ-ın çıxdığı təşkilatlar arasında 31-i BMT-nin himayəsi altında, 35-i isə bu ümumdünya təşkilatından kənarda fəaliyyət göstərir. Ağ Evin nəşrində deyilir ki, onların hamısı "artıq ABŞ-ın maraqlarına xidmət etmir".

Bu təşkilatların tam siyahısı Ağ Evin saytında yerləşdirilib. Digərləri arasında kütləvi qırğın silahlarının yayılmamasına kömək etmək məqsədi ilə yaradılmış Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM); Venesiya Komissiyası; BMT Baş Katibinin Uşaqlara qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsinin Ofisi; BMT Demokratiya Fondu və digərləri var.

Bu arada, ABŞ dövlət katibi Marko Rubionun bu mövzu ilə bağlı bəyanatında deyilir ki, Donald Tramp administrasiyası ölkənin üzvlüyünə xitam verilən təşkilatları "israfçı, səmərəsiz, zərərli", "pis idarə olunan", "həddindən artıq" və ya "bizim (ABŞ-ın - Red.) dövlət suverenliyimizə, azadlıqlarımıza və ümumi rifahımıza təhlükə yaradan" hesab edib.

Almaz Həsənli

Seçilən
15
oxumeni.az

1Mənbələr