AZ

Daha uzun görünmək üçün nələr etməliyik?

Boyu olduğundan daha uzun göstərmək geyim seçimi ilə mümkündür.


Pravda.az bildirir ki, moda mütəxəssisləri düzgün kəsim və rəng seçimləri ilə silueti vizual olaraq uzatmağın mümkün olduğunu vurğulayırlar.


Dik xətli və ya zolaqlı geyimlər boyu daha uzun göstərir. Bu cür kəsimlər gözləri yuxarıdan aşağıya doğru yönəldərək uzadıcı effekt yaradır. Tək rəngli və ya eyni tonlardan ibarət kombinlər də bədəni bölmədiyi üçün boyu daha hündür göstərir.


Yüksək belli şalvar və ətəklər ayaqları olduğundan uzun göstərən əsas detallardandır. Mini və dizüstü ətəklər də ayaq hissəsini ön plana çıxararaq boyun daha uzun görünməsinə kömək edir.


Ayaqqabı seçimi də vacibdir. Topuqlu ayaqqabılar və ayaq rənginə yaxın tonlarda olan modellər uzadıcı təsir yaradır.


Aksesuar seçimində isə iri çantalardan və qalın kəmərlərdən uzaq durmaq tövsiyə olunur.


Düzgün geyim seçimləri ilə bədən proporsiyalarını balanslamaq və daha uzun görünmək mümkündür.


Əminə Bayramova 

Tarix: 8 Yanvar 2026, 14:02   
Seçilən
14
pravda.az

1Mənbələr