AZ

ChatGPT nin məsləhətlərinə güvəndi, həyatından oldu... ABŞ də qəribə olay

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin Kaliforniya ştatında yaşayan 19 yaşlı psixologiya tələbəsi Sam Nelsonun ChatGPT-dən aldığı məsləhətlərdən sonra həyatını itirdiyi iddia olunur.

Hadisə ilə bağlı yayımlanan toksikoloji hesabat gəncin ölümünə kratom, Xanax və alkoqolun birlikdə istifadəsinin səbəb olduğunu təsdiqləyib.

Nelsonun anası Layla Turner-Scott-un paylaşdığı məlumata görə, oğlunun ChatGPT ilə son 18 ay ərzində apardığı yazışmalar süni intellektin müxtəlif maddələrin birlikdə istifadəsi ilə bağlı son dərəcə riskli tövsiyələr verdiyini göstərir. İddialara əsasən, sistem bu maddə kombinasiyalarının “təhlükəsiz” olduğu barədə gəncə təskinlik verib.

Söhbət qeydlərinə görə, Sam Nelson opioidə bənzər təsirləri olan kratomu narahatlıq əleyhinə istifadə edilən Xanax ilə birlikdə qəbul edib-etməmək barədə ChatGPT-dən məsləhət alıb. Bot isə gəncin artıq 15 qram kratom qəbul etdiyini bildiyi halda, yaranan ürəkbulanmanı azaltmaq üçün Xanax istifadə edə biləcəyini deyib və doza ilə bağlı tövsiyə verib.

Bundan əlavə, 26 may tarixində aparılan başqa bir yazışmada ChatGPT-nin Nelsona daha güclü halüsinasiyalar görməsi üçün öskürək şərbətinin dozasını ikiqat artırmağı tövsiyə etdiyi iddia olunur. Sam Nelson 31 may tarixində anası tərəfindən yataq otağında ölü vəziyyətdə tapılıb. Hadisədən iki həftə sonra açıqlanan toksikoloji hesabatda ölümün səbəbi kimi alkoqol, Xanax və kratomun birlikdə istifadəsi göstərilib.

Mütəxəssislərin rəyinə görə, bu maddələrin kombinasiyası mərkəzi sinir sistemini həddindən artıq dərəcədə basqılayaraq, nəfəsin dayanmasına (asfiksiya) səbəb olub.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
azpolitika.info

1Mənbələr