Suriya ordusu bu gün yerli vaxtla saat 13:30-dan etibarən Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərinə qarşı əməliyyatlara başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bakı vaxtı ilə 15:00-da başlayacaq əməliyyatlarda Hələbin Əşrəfiyyə, Şeyx Məqsud və Bəni Zeid məhəllələrində SDQ mövqelərinə zərbələr endiriləcək.
Bəyanatda, mülki şəxslər bütün SDQ mövqelərindən uzaq durmağa çağırılıb.