“Liverpul” müdafiə xəttini gücləndirmək istəyir.
İdmanxeber.az xəbər verir ki, Premyer Liqasının hazırkı çempionu “Liverpul” “Kristal Pelas”ın və İngiltərə millisinin müdafiəçisi Mark Quehi ilə maraqlanır.
Mersisayd klubu 25 yaşlı futbolçunu təxminən 20 milyon funt sterlinqə transfer etməyi planlaşdırır.
Quehinin London klubu ilə müqaviləsi iyunun sonunda başa çatır. O, bu mövsüm Premyer Liqada 20 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.