AZ

Debütantın hazırlıq planı bilindi - İlk sınağını Bakı təmsilçisinə qarşı keçirəcək

İkinci Liqa təmsilçisi "Şirvan"ın mövsümün ikinci yarısı üçün hazırlıq planı müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi gələn həftənin ilk günlərində bir araya gələcək. 

Komanda Şirvanda iki həftəlik hazırlıq keçəcək. Pərviz Bayramov yetirmələrini üç yoxlama matçında sınaqdan keçirməyi planlaşdırır. İlk rəqibin 1-ci Liqanın iddialılarından "Baku Sportinq" olacağı gözlənilir.

Liqanın debütantı olan "Şirvan" qış fasiləsinə 6-cı yerdə yollanıb. Ötən mövsüm Region Liqasının qalibi olan komanda yeni ildə ilk çempionat oyununu fevralın 23-də "Araz Saatlı"ya qarşı keçirəcək. 

Seçilən
1
1
fanat.az

2Mənbələr