Bakıda 38 yaşlı kişi zəhərlənərək ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Buzovna qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rəşad İsmayılov yanvarın 7-də yaşadığı evdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək olmayıb.
R.İsmayılovun spirtli içkidən zəhərləndiyi iddia olunur.
Faktla bağlı araşdırma aparılır.