Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı Philips MRT cihazı üçün “ColdHead” hissəsi dəsti, əlaqədar quraşdırılma işləri və müvafiq miqdarda helium maddəsinin alınmasına 183 297 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, xidmət “İHG” MMC tərəfindən göstəriləcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, “Bir mənbə metodu” tətbiq olunub.
Cabir
Tarix: 8 Yanvar 2026, 13:33