Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qusar rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 25-də rayonunun kəndlərindən birində baş verib. 1963-cü il təvəllüdlü Bəhlul birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı təpik zərbəsi ilə qeyri-rəsmi nikahda olduğu Səmayənin (adlar şərtidir – red.) qol nahiyəsinə vurub. Hadisəni törədən Bəhlulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 1986-cı ildən Səmayə ilə qeyri-rəsmi nikahda olmaqla onunla birlikdə yaşayır: “Hadisə baş verən gün spirtli içki qəbul edərək evə gəldim. Evdə Səmayə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı onu vurdum. Sonradan isə bildim ki, ona ciddi xəsarət yetirmişəm”.İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, Bəhlul ilə 30 ildir qeyri-rəsmi nikahda olmaqla onunla birlikdə yaşayır: “Bəhlul mütəmadi olaraq spirtli içki qəbul edir, evdə dava salır, məni incidir. Sonuncu dəfə yenə spirtli içki içərək evə gəldi və mənimlə mübahisə etməyə başladı. Mən isə ona gedərək yatmasını bildirdim. Bu zaman Bəhlul məni təpiklə vuraraq əlimi sındırdı”. Qusar Rayon Məhkəməsinin hökmü ilə Bəhlul 4 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.