AZ

Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkili və ləğvinə prezident qərar verəcək

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" fərmanda dəyişiklik edilib.

Ölkə.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Dəyişiklikliyə əsasən, bundan sonra nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatının yenidən təşkili və ləğvini Azərbaycan Prezidenti həyata keçirəcək.

Bundan başqa, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında Prezident ilə razılaşdırılmaqla kredit təşkilatının Nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsini gerçəkləşdirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
2
olke.az

10Mənbələr