AZ

Güney ayağa qalxdı - Təbriz, Ərdəbil, Urmiya, Həmədan...

BAKI, 8 yanvar. TELEQRAF

Yanvarın 7-də İranda davam edən ümumxalq etirazlarına qoşulan Təbriz şəhərinin bazarlarında tətil davam edir.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Tətillərdən sonra Təbrizdə hərbi və təhlükəsizlik qüvvələrinin sayı artırılıb. Şəhər sakinləri bunları “İranın repressiv qüvvələri” adlandırırlar.

Urmiya və Həmədan şəhərlərində də, kütləvi etirazlara dəstək olaraq bazarlarda tətil başlayıb. Həmçinin Həmədanda bu gündən küçə aksiyalarına start verilib.

Qeyd edək ki, bu gün Ərdəbil şəhərində bazarlarda tətilin başlaması haqda məlumat vermişdik.

Seçilən
74
2
teleqraf.com

3Mənbələr