AZ

Nəhəng şirkətlər Trampa qarşı birləşir - MƏHKƏMƏYƏ VERİLDİ

İdxal tariflərinin yenidən nəzərdən keçirilməsi fonunda ABŞ şirkətləri prezident Donald Trampı məhkəməyə verib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Minlərlə şirkət indiyə qədər ödənilən tariflərin milyardlarla dollarlıq hissəsini geri almağa ümid edir.

Qeyd olunur ki, ABŞ gömrük orqanları ölkəyə daxil olan 34 milyon mal göndərişi üzrə 301000-dən çox idxalçıdan idxal rüsumları toplayıb. Bu ödənişlər 200 milyard dollardan çox, rüsumların əhəmiyyətli bir hissəsini təşkil edir. 14 dekabr tarixinə qədər təxminən 133 milyard dollar toplanıb.

Tramp vurğulayıb ki, əgər Ali Məhkəmə prezidentin əleyhinə qərar çıxararsa və müəssisələrə geri ödəmələr verilərsə, bu, milli təhlükəsizlik üçün fəlakət olar. Lakin tariflərin qanunsuz olduğu aşkarlansa, ABŞ Beynəlxalq Ticarət Məhkəməsi (CIT) vasitəsilə kompensasiya tələb olunmalıdır.

Seçilən
38
publika.az

1Mənbələr