ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Çin hakimiyyəti ABŞ Konqresinə edilən haker hücumlarında iştirakçı deyil və bu barədə yayılan böhtanları qəbuledilməz hesab edir”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
“Biz davamlı olaraq hakerlik fəaliyyətinə qarşı çıxırıq, qanuna uyğun olaraq mübarizə aparırıq", - o, brifinqdə söyləyib.
O əlavə edib ki, Pekin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bildirib: “Çin haqqında siyasi məqsədlər üçün yayılan dezinformasiya ilə mübarizə aparmaqda daha da qətiyyətliyik”.
Bundan əvvəl Britaniyanın "Financial Times" qəzeti Çinin haker hücumlarında iştirakı və ABŞ Nümayəndələr Palatasının bir neçə komitəsinin, o cümlədən Çin məsələləri, xarici işlər, müdafiə və kəşfiyyat komitələrinin əməkdaşlarına məxsus elektron poçt hesablarını ələ keçirməsini iddia edən məqalə yayımlayıb.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.