AZ

Rusiyada miqrasiya siyasəti sərtləşdirilir – Yeni qərar

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin yaxın vaxtlarda parlamentə miqrasiya siyasətinin təkmilləşdirilməsi məqsədilə qanun layihələrinin təqdim ediləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, yeni təkliflərə əsasən, ölkəyə üç aydan çox müddətə gələn bütün xarici vətəndaşlar üçün məcburi tibbi müayinənin müddəti 90 gündən 30 günə endiriləcək.

Tibbi müəssisələr müayinələrin nəticələrini dərhal Daxili İşlər Nazirliyinə, aşkar edilmiş infeksion xəstəliklər barədə isə Rospotrebnadzora bildirməlidir. Bu isə qanun pozanlara qarşı tez bir zamanda, o cümlədən deportasiya tədbirlərinin görülməsinə imkan yaradacaq.

Bundan əlavə, qanun layihələrində tibbi müayinədən yayınma halları üçün inzibati məsuliyyət, cərimələr və məhkəmə qərarı ilə ölkədən çıxarılma imkanları nəzərdə tutulur. Həmçinin, tibbi sənədlərin saxtalaşdırılması və onların dövriyyəsi üçün ciddi cinayət məsuliyyətinin tətbiqi müzakirə olunur.

Sara

Seçilən
21
nocomment.az

1Mənbələr