AZ

Kolumbiya İsraili Türkiyə ilə əvəzləyəcək

Kolumbiya İsrailin Hermes 450 və Hermes 900 pilotsuz uçuş aparatlarını Türkiyənin Bayraktar TB2 və TB3 dronları ilə əvəz etməyi nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə El Universo nəşri məlumat verir.

Məlumata görə, alternativlərin araşdırılması Baykar şirkətinin 1-3 dekabr 2025-ci il tarixlərində Kolumbiyanın paytaxtı Bogotada keçirilən Expodefensa sərgisində iştirak etməsinin əsas səbəblərindən biridir.

Eyni zamanda, İsrail mediasının yazdığına görə, 2025-ci ildə Kolumbiya İsrailin “Kfir” döyüş təyyarələrindən imtina edib və İsveç-Braziliya birgə istehsalı olan Gripen qırıcılarına keçid edib.

Buna baxmayaraq, Kolumbiyanın 2022-ci ildə 131 milyon dollara aldığı İsrailin Barak MX hava hücumundan müdafiə sistemlərinin strateji tətbiqini davam etdirdiyi bildirilir. Alınan bütün batareyaların təchizatı 2026-cı ilə qədər tamamlanacaq, tam döyüş hazırlığı isə 2032-ci ildə yekunlaşacaq.

Sara

Seçilən
48
nocomment.az

1Mənbələr