AZ

Venesuelaya səfər etmək istəyirəm Tramp

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp gələcək zamanda Venesuelaya səfər etmək istəyir. 

Gununsesi.info xəbər verir ki, o, bu  barədə “The New York Times” (NYT) qəzetinə müsahibəsində söz açıb.

“Düşünürəm ki, Venesuela təhlükəsiz olduğu bir zamanda mən ora səfər edə bilərəm”, – deyə Tramp bildirib.

Xatırladaq ki, 3 yanvar 2026-cı ildə Amerika Birləşmiş Ştatları “Mütləq Qətiyyət Əməliyyatı” kod adı altında paytaxt Karakas da daxil olmaqla, Venesuelanın şimalındakı bir çox yeri hədəf alan hava hücumlarına başladıb.

Günün irəliləyən saatlarında Donald Tramp “Truth Social”da bir paylaşımda Venesuela prezidenti Nikolas Maduronun saxlanıldığını bildirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
icma.az

1Mənbələr