ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Baş nazir: “İclasda “yol xəritəsi”nin həyata keçirilməsinə yönəlmiş tədbirlər müzakirə edilib və lazımi qərarlar qəbul olunub"
Erməni Apostol Kilsəsinin İslahat Şurasının ilk iclası keçirilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində məlumat verib.
"Erməni Apostol Kilsəsinin İslahat Şurasının (bundan sonra Şura) ilk iclası keçirilib. Təsis sənədində göstərilən prinsiplər və məqsədlərə əsaslanaraq kilsə islahatı prosesinin əsas istiqamətləri, təşkilati addımlar və qarşıdakı işlərin miqyası müzakirə edilib. Şura prosesin inklüzivlik, ictimai etimad, şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb, ruhaniləri və dindarları birləşdirməyə yönəlmiş addımların atılmasının vacibliyini qeyd edib”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir İsveçrənin Erməni Yeparxiyasının primatı Qusan Alçanyanın Erməni Apostol Kilsəsinin bərpası üçün bəyannaməyə və “yol xəritəsi”nə qoşulmaq qərarını alqışlayıb: “Qusan Alçanyan Şuranın iclasında ən qısa zamanda iştirak edəcək. İclasda “yol xəritəsi”nin həyata keçirilməsinə yönəlmiş tədbirlər müzakirə edilib və lazımi qərarlar qəbul olunub".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.