Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına 2024-cü ildə Türkiyədə ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb. Ruslar təkcə ötən ilin dekabrında Türkiyədən 2166 daşınmaz əmlak alıblar. İllik isə bu rəqəm 4867 əmlaka çatıb.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına əmlak eksperti Elnur Azadov bildirib ki, regionlarda tikilən fərdi evlərin təxminən 5-10%-i məhz bu vətəndaşlar tərəfindən inşa edilib: “Azərbaycanda xaricdə daşınmaz əmlak alanların əsas hissəsini ilk illərdə məhz Azərbaycan əsilli, lakin Rusiya vətəndaşlığı əldə etmiş şəxslər təşkil edib. Onlar vaxtilə Rusiyaya köçərək orada iqtisadi baxımdan müəyyən uğurlar qazanan və zamanla Azərbaycan iqtisadiyyatına da yatırım edən həmvətənlərimizdir. Xüsusilə Rusiyanın iqtisadi yüksəliş dövründə qazanc əldə edən bu şəxslər Azərbaycana əhəmiyyətli həcmdə investisiya yönəldiblər.
Belə ki, regionlarda tikilən fərdi evlərin təxminən 5-10%-i məhz bu vətəndaşlar tərəfindən inşa edilib. Çox vaxt onlar doğulub böyüdükləri kənd və ya rayonlara qayıdaraq fərdi yaşayış evləri tikiblər. Böyük şəhərlərdə, xüsusilə də Bakıda isə yeni inşa olunan çoxmərtəbəli binalarda mülkiyyət hüququ əldə edənlər arasında da onların sayı az deyil. Burada da paylarının təxminən 10%-ə yaxın olduğu ehtimal edilir. Qeyd edək ki, bu rəqəmlər təxmini xarakter daşıyır, çünki rəsmi statistika heç yerdə mövcud deyil”.
Elnur Azadov
Elnur Azadov qeyd edib ki, onlar torpaq sahələri istisna olmaqla, istənilən növ daşınmaz əmlak ala bilərlər: “Prosedur sadə qaydadadır: Azərbaycan qanunvericiliyinə əsasən, istənilən xarici vətəndaş ölkə ərazisində daşınmaz əmlak əldə edə bilər. Yeganə istisna Ermənistan vətəndaşlarıdır - qanunvericilik onlara Azərbaycanda daşınmaz əmlakın rəsmi şəkildə sənədləşdirilməsinə imkan vermir.
Digər ölkələrin vətəndaşlarına gəldikdə isə, onlar torpaq sahələri istisna olmaqla, istənilən növ daşınmaz əmlak ala bilərlər. Bu, fərdi yaşayış evi, çoxmərtəbəli yaşayış kompleksində mənzil, sənaye və ya kommersiya obyekti və ya digər istehsal sahələri ola bilər. Bu baxımdan heç bir məhdudiyyət mövcud deyil. Əmlakın alınması zamanı vergi yalnız satıcı tərəfindən ödənilir.
Əmlakın alınması iki formada ola bilər: ya tikintisi davam edən binadan müqavilə əsasında, ya da artıq hazır və çıxarışla rəsmiləşdirilmiş əmlak kimi. Bu prosesdə xarici vətəndaşlar yerli vətəndaşlarla eyni hüquqlara malikdir”.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.