“Cənab Prezidentin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsinə diqqətlə qulaq asdım. İctimai nəzarət məsələsinə dair fikirlərinə də qulaq asdım və ilk İctimai Şuralar yaranan zaman mən üç qurumun İctimai Şurasında iştirak etdim və seçildim. Qida Təhlükəsizliyi Agentliyində, Azərsu və Azəriqazda vəziyyəti müşahidə etdim”.
Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov QHT.az-a bildirib. Onun sözlərinə görə, iki il ərzində mənim əsas işim Qida Təhlükəsizliyi Agentliyinin işçiləri ilə Şura üzvləri arasında mübahisələr keçirməkdən ibarət oldu. İctimai Şurada təmsil olunan insanların əksəriyyəti biznes qurumları idi və Qida Təhlükəsizliyi Agentliyindən birbaşa asılı olan qida sənayesində istehsalçıların ictimai nəzarət təmsilçiliyi minimal səviyyədə idi. Bu səbəbdən qərara gəldim ki, ictimai nəzarətə İctimai Şuralar adekvat cavab vermir və böyük formalizm mövcuddur:
“İki il ərzində mən Qida Təhlükəsizliyi Agentliyində nələrin baş verdiyini izlədim və demək olar ki, heç bir məlumat əldə edə bilmədik. Hadisələrin ardınca yalnız təqib aparırdıq, digər qurumlarda da vəziyyət eyni idi. Bundan sonra mən heç bir İctimai Şurada iştirak etmək istəmədim. Çünki ən böyük günah insanın özünü aldatmasıdır. Guya mən orada ictimai nəzarət edirəm, amma bunun heç bir mənası yoxdur”.
PS: Qarşı tərəidn movqeyin şqılandmaga haziriq.