“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Savinyonun zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu yanvarın 1-də Premyer Liqada “Sanderlend”ə qarşı keçirilən oyunda 51-ci dəqiqədə zədələnərək əvəzlənmişdi.
Təcrübəli baş məşqçi futbolçunun təxminən 1 ay yarım meydandan kənarda qalacağını söyləyib.
Qeyd edək ki, Savinyo bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 1 qol ötürməsi edib.
“Barselona” Super Kubokda rekord qırdı – “Atletik Bilbao”ya 5 cavabsız qol
Şeşko dubl etdi, tarixi göstəriciyə imza atdı
İspaniya Superkuboku: “Barsa” finalda
"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar olub
Balotelli II liqa klubunda çıxış edəcək