Azərbaycan I Liqası lideri “Şəfa” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Bakı klubu yeni qapıçı axtarışındadır. Əsas qolkiper Əlirza Müştəbazadənin ağır zədə almasının ardından rəhbərlik bu mövqeyə yeni oyunçu axtarışındadır.
Hazırda komandada qapını Əli Həsənli qoruyur. Ancaq məşqçilər heyəti rəqabəti artırmaq üçün bu mövqeyə transfer etməyi tələb edib.