Ermənistanın Baş naziri Nikol Paşinyana xidmət edən rəsmi avtomobilin nömrə nişanları dəyişdirilir.
Modern.az xəbər verir ki, bunla bağlı məsələ Ermənistan hökumətin iclasında müzakirə olunub.
Paşinyana xidmət edən nəqliyyat vasitəsinin nömrə nişanının rəqəm və hərfləri dəsti 5 işarədən ibarət olacaq: "001 UU"
Bildirlib ki, hökumət İsveç və İslandiyanın təcrübəsini öyrənib və yüksək vəzifəli dövlət məmurlarına xidmət edən nəqliyyat vasitələrinin nömrə nişanı ilə bağlı standart müəyyən edilib.
Hökumət Paşinyana xidmət edən avtomobillərin nömrə nişanlarını müasir beynəlxalq trendlərə uyğunlaşdırmaq və müvafiq olaraq onları yalnız "1" rəqəmi ilə əvəz etmək qərarına gəlib. Yeni nömrə nişanı dövlət bayrağı ilə birlikdə istifadə olunacaq.
Layihə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb.