AZ

"Mançester Siti"nin futbolçusu 2 ay meydana çıxmaya bilər

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Savinyonun zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib.

QOL.az xəbər verir ki, braziliyalı futbolçu yanvarın 1-də Premyer Liqada “Sanderlend”ə qarşı keçirilən oyunda 51-ci dəqiqədə zədələnərək əvəzlənmişdi.

Savinyonun nə qədər müddət heyətdən kənarda qalacağı ilə bağlı suala cavab verən Qvardiola deyib:
“Uzun müddət. Dəqiq bilmirəm. Təxminən bir ay yarım, iki ay. O, geri qayıdacaq”.

Qeyd edək ki, Savinyo bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 1 qol ötürməsi edib.

Seçilən
65
teleqraf.com

1Mənbələr